A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzinin dəstəyi ilə Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün “Narkotiksiz azad yaşa” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın bütün dünyanı narahat edən əsas problemlərdən biri olduğunu bildirib, gəncləri zərərli vərdişlərdən qorumaq üçün təbliğat və maarifləndirmə işlərinin həyata keçirilməsinin önəmindən danışıb, tələbələrin asudə vaxtlarının səmərəli təşkilinin, onların idmana cəlb olunması, sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Psixoloji Xidmət Mərkəzinin rəhbəri dosent Şəfahət Abdullayeva çıxış edərək narkomaniyaya yol açan sosial, bioloji və psixoloji amillər, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri, narkomaniya ilə mübarizənin effektiv üsulları barədə ətraflı məlumat verib, bu sahədə məlumatlandırma və maarifləndirmə tədbirlərinin genişləndirilməsi zəruriliyindən bəhs edib.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub və tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay