A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzinin dəstəyi ilə Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün “Psixo-sosial təsir” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, psixososial rifahın hər bir insanın potensialının reallaşdırılması, sağlam və məhsuldar həyat sürməsi üçün zəruri şərt olduğunu bildirib. Tələbələrin sağlamlığının inkişafında Psixoloji Xidmət Mərkəzinin psixoloqlarının rolundan bəhs edib.

Psixoloji Xidmət Mərkəzinin rəhbəri dosent Şəfahət Abdullayeva, psixoloqlar Mərziyə Əzməmmədova və Rəvan Əlizadə çıxış edərək “Psixososial” ifadəsinə aydınlıq gətiriblər. Sosial təzyiq və konformizm anlayışlarını məşhur tədqiqatçı psixoloqların apardığı təcrübələr əsasında izah ediblər, streotipləşmə, qərəzli münasibətlər, diskriminasiyanın səbəbləri barədə ətraflı məlumat veriblər. Həmçinin sosial medianın insanlara təsirindən bəhs ediblər.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR