A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “İmtahan həyəcanı və onun aradan qaldırılması yolları” mövzusunda təlim keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, tələbələrin həyatında ən önəmli və vacib günlərdən birinin imtahanlar olduğunu bildirib. Həmçinin H.Hacıyev imtahanqabağı bir çox tələbənin stress, qayğılar, depressiya, yorğunluq kimi hallarla üzləşdiyini qeyd edib və onların aradan qaldırılmasında Psixoloji Xidmət Mərkəzinin psixoloqlarının rolundan bəhs edib.

Psixoloji Xidmət Mərkəzinin rəhbəri dosent Şəfahət Abdullayeva və psixoloq Mərziyə Əzməmmədova çıxış edərək, imtahan həyəcanının imtahandan əvvəl və ya imtahan vaxtı bacarığın səmərəli istifadə edilməsinə neqativ təsir göstərdiyini bildiriblər. Onlar imtahan stressinin emosional, fizioloji, zehni və davranışla bağlı əlamətlərini və səbəblərini qeyd ediblər və onun aradan qaldırılması üçün psixoloji texnikalardan söhbət açıblar.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay