A

UNEC-in SABAH qruplarında tələbələrə maarifləndirici seminarlar keçirilib.

SABAH Mərkəzinin müəllimi Xəyal Məmmədli bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi, əxlaqi dəyərlərinə vurğudu zərbələr, sosial-iqtisadi inkişafa göstərdiyi mənfi təsirlər, insanların həyat və sağlamlıqlarına yaratdığı təhlükələr barədə tələbələrə məlumat verib. O, dövlətimiz tərəfindən narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən söz açaraq, son illər narkotik vasitələrə qarşı mübarizənin daha da gücləndirildiyini diqqətə çatdırıb.

SABAH Mərkəzinin müəllimi Könül Quliyeva isə tələbələrə insan alverinə qarşı mübarizə mövzusunda seminar keçib. O, mövzunun aktuallığını, belə tədbirlərin təşkilində əsas məqsədin ümumbəşəri problem olan insan alverinə dair maarifləndirmənin olduğunu vurğulayıb. K.Quliyeva hər il minlərlə insanın, əsasən, qadın və uşaqların istismar və ya başqa məqsədlərlə insan alverinin qurbanı olduğunu diqqətə çatdıraraq, gəncləri insan alveri ilə mübarizədə fəal olmağa çağırıb.

TOP XƏBƏRLƏR