A

UNEC Dizayn Məktəbində 17 Noyabr - Milli Dirçəliş Gününə həsr edilən tədbir keçirilib.

Tədbirdə UNEC Dizayn Məktəbinin baş mentoru, baş müəllim Nisəxanım Hüseynova, “Dizayn” kafedrasının müəllimi Nərminə Namazova çıxış edərək, edərək, bu tarixi günün Azərbaycan tarixindəki əhəmiyyətindən danışıblar, tələbələrə milli dirçəlişin və müstəqilliyin dəyərindən bəhs ediblər. Nisəxanım Hüseynova çıxışında 17 Noyabrın Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda apardığı mübarizənin təntənəsi olduğunu qeyd edərək, bu günün gənc nəslin milli kimliyini daha dərindən anlamasına və öz tarixini daha yaxşı mənimsəməsində mühüm rol oynadığını bildirib.

Nərminə Namazova isə Milli Dirçəliş Gününün Azərbaycan xalqının hər sahədəki inkişafını simvollaşdıran bir dövr olduğunu vurğulayaraq, belə günlərin ölkə gənclərinin dünya görüşünü genişləndirməklə yanaşı, onların vətənpərvərlik hisslərini gücləndirdiyini bildirib.

Tədbirin sonunda Milli Dirçəliş Gününə həsr edilən videoçarx nümayiş  olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay