UNEC Psixoloji Xidmət Mərkəzi (PXM) tərəfindən Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbələri üçün “İmtahan həyəcanı və onun aradan qaldırılması yolları” mövzusunda təlim keçirilib.
Təlimin əsas məqsədi tələbələrin imtahan dövründə qarşılaşdığı stress və narahatlıq hissinin idarə olunmasına dəstək vermək və onları sessiya dövründə psixoloji cəhətdən hazırlamaq olub.
PXM-in psixoloqu Mərziyə Əzməmmədova tələbələrə stressin idarə olunmasında düzgün nəfəsalma və rahatlama üsullarının, həmçinin vaxtın düzgün idarə olunmasının vacibliyini vurğulayıb. O, imtahan dövründə fiziki fəaliyyətin, xüsusilə gündəlik gəzintilər və yüngül idmanla məşğul olmağın beyin fəaliyyətini artıraraq, stressin azaldılmasına kömək etdiyini qeyd edib.
Sonda isə tələbələri maraqlandıran suallar cavablandırılıb.