UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsi və Psixoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə UNEC Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mərziyə Əzməmmədova yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı mübarizənin əhəmiyyətini qeyd edərək, tələbələrə sağlam həyat tərzini təşviq etməklə yanaşı, narkomaniyaya yol açan sosial, bioloji və psixoloji amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına mənfi təsirlərini izah edib.
Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub və tələbələri maraqlandıran suallar cavablandırılıb.