UNEC Dizayn məktəbi və UNEC Psixoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən nigah-günümüzün aktual problemi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Məktəbin katibi Aytən Ağayeva müasir dövrümüzün aktual problemlərindən olan erkən nikahın yaratdığı fiziki və psixoloji fəsadlar, təhsildən yayınma və digər hüquq pozuntuları barədə məlumat verib.
Sonra UNEC Psixoloji Xidmət Mərkəzinin psixoloqu Küşvər Abdullayevaya erkən nigahın nə olduğun, baş vermə səbəbləri, törətdiyi fəsadlar, ailə ənənələrinin möhkəmləndirilməsi, aparılmış tədqiqatların nəticələri barədə ətraflı məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.