A

UNEC-in Biznes və menecment fakültəsində “Yeniyetmələr arasında ünsiyyətin sosial-psixoloji inkişafı” adlı təlim təşkil olunub.

Maarifləndirici təlimdə uşaq və yeniyetmələr arasında məişət zorakılığı hallarının qarşısının alınması, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində yerli mütəxəssislər təlimə cəlb olunub.

UNEC-in Biznes və menecment fakültəsində Psixoloji Xidmət Mərkəzinin psixoloqu Küşvər Abdullayeva və “Karlson” Psixososial Reabilitasiya və Fərdi İnkişaf Mərkəzin psixoloqu Ülviyyə İlqar tələbələr üçün təlimdə çıxış ediblər.

İki gün davam edən təlimdə yeniyetmələr arasında vaxt itkisi və zamanın düzgün idarə edilməsi, sosial şəbəkələrdən istifadənin görünməyən fəsadları, stress və təzyiqə qarşı psixoloji dözümlülük, münaqişəli situasiyaların idarə edilməsi, özünə inam və empati hissinin inkişafı mövzularından danışıblar.

Təlimdə çıxış edən Biznes və menecment fakültəsinin katibi Elxan Salayev gənclərin cəmiyyətin inkişafında böyük rolu olduğundan bəhs edib. E.Salayev bu təlim proqramlarının əhəmiyyətindən danışaraq, sözügedən təlimlərin tələbələrin bacarıqlarının artırılmasına və onların motivasiyasına müsbət təsir edəcəyini vurğulayıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR