A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzi tərəfindən UNEC-in nəzdində olan Sosial-İqtisadi Kollecində və Qida Sənayesi Kollecində “Asudə vaxtın səmərəli təşkili” mövzusunda təlimlər keçiriblər. 

Təlimlərdə mərkəzin psixoloqları Mərziyə Əzməmmədova və Küşvər Abdullayeva tələbələrə asudə vaxtın səmərəli təşkili, ölkəmizdə bu sahədə görülən işlər haqqında məlumat veriblər. Psixoloqlar eyni zamanda sağlam əqidənin formalaşması, güclü iradənin inkişafı, müsbət əxlaqi keyfiyyətlərə yiyələnmə, sağlam gəncliyin təməlinin düzgün qoyulmasını asudə vaxtdan asılı olduğunu vurğulayıblar.

Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR