UNEC Startup İnkubatorun təşkilatçılığı ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən həyata keçirilən "Technest" təqaüd proqramı çərçivəsində "İnnovasiya üzrə Rəqəmsal Marketinq" adlı proqramının məzun günü baş tutub.
Layihənin məqsədi tələbələrə rəqəmsal marketinq alətləri, innovativ yanaşmalar və SEO strategiyaları kimi müasir bilik və təcrübələri aşılamaq olub. Tələbələr proqram boyunca real layihələr üzərində işləyərək, həm nəzəri, həm də praktik bacarıqlar qazanıblar.
Tədbirdə iştirak edən Dijital & SEO eksperti Azər İsmayılov, “Technest” proqramının təmsilçisi Toğrul Əhmədov, “Səfəvi" startapnın təsisçisi və icraçı direktoru Könül Quliyeva tələbələrə uğurla başa vurduqları proqramın sertifikatlarını təqdim edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.