A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə xüsusi dərslər keçirilib.

Dərslərdə müəllimlər bu qanlı faciənin milli azadlıq tariximizdəki yerindən söz açaraq, bu mübarizənin və şəhidlərin qanı ilə yazılmış tariximizin xalqın yaddaşında xüsusi yer tutduğunu qeyd ediblər.

Tələbələrə 20 Yanvar hadisələrinin baş verdiyi dövrün ictimai-siyasi şəraiti, Azərbaycanın müstəqillik yolunda qarşılaşdığı çətinliklər və bu faciənin ölkəmizin tarixindəki siyasi nəticələri barədə geniş məlumat verilib. Həmçinin, faciənin qurbanlarının xatirəsi yad edilərək, azadlıq və müstəqillik uğrunda canlarını qurban vermiş şəhidlərə dərin ehtiram ifadə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay