A

“Yüksəliş” İctimai Birliyinin tərəfdaşlığı ilə IV Yüksəliş müsabiqəsinin qalibləri UNEC-in magistrləri və gənc tədqiqatçılarla görüşüblər.

Görüşdə “Yüksəliş” İB-nin İnzibati və hüquq üzrə şöbəsinin müdir müavini Bahadur Məmmədov, UNEC məzunu olan Yüksəliş müsabiqənin qalibləri  Anar Qasımov və Salman Babazadə gənclərə mentorluq proqramının əhəmiyyətindən danışıblar.

Anar Qasımov mentorluğun karyera yolunda yaratdığı imkanlardan söz açaraq, bu istiqamətdə öz təcrübələrini bölüşüb, tələbələrə uğursuzluqlardan çəkinməməyi, yalnız irəliyə, yüksəlişə doğru getməyi tövsiyə edib.   

Sonra Salman Babazadə “Yüksəliş” müsabiqəsinin istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi, peşəkar milli kadr bazasının formalaşdırılmasına verdiyi töhfələrdən bəhs edib. Həmçinin mentorluq proqramı ilə bağlı önəmli məqamları diqqətə çatdırıb.

Tədbir tələbələrin proqramla bağlı suallarının cavablandırılması ilə başa çatıb.

TOP XƏBƏRLƏR