A

UNEC-in baş müəllimi və tədqiqatçısı Aygün Abdulova Macarıstanın Obuda Universitetinin Keleti Károly Biznes və idarəetmə fakültəsi tərəfindən təşkil olunan illik FIKUSZ 2025 – Gənc Tədqiqatçılar Simpoziumunda uğurla çıxış edib.

O, “KSM təşəbbüsləri Azərbaycanda davamlı inkişafı və maraqlı tərəflərin etimadını artırmaq üçün İRQ (İnsan Resurslarının Qabaqcıl İnkişafı) mexanizmləri kimi necə xidmət edə bilər?” mövzusunda araşdırmasını təqdim edib.

Təqdim olunan tədqiqat işində Korporativ Sosial Məsuliyyət (KSM) təşəbbüslərinin strateji İnsan Resurslarının İnkişafı (HRD) aləti kimi tətbiqi araşdırılıb. Araşdırmada bu təşəbbüslərin davamlı inkişafın təşviqində və maraqlı tərəflərin etimadının gücləndirilməsində oynadığı rol elmi əsaslarla təhlil olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay