A

UNEC-də Ege Universitetinin “Sərmayə Bazarı və Finans” mövzusunda sertifikat proqramına start verilib.

Proqram 8–12 dekabr 2025-ci il tarixlərində UNEC tələbələri üçün təşkil olunur.

Təlimləri Ege Universitetinin dosenti Hamit Özman aparır. Proqrama böyük maraq göstərilib və iştirak üçün 100-dən çox tələbə müraciət edib. Qeyd edək ki, sertifikat proqramı bundan əvvəl Ege Universitetində də uğurla həyata keçirilib.

Bir həftə davam edən və ümumilikdə 16 saatlıq tədrisi əhatə edən proqram UNEC tələbələri üçün tamamilə ödənişsizdir. Təlimləri müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

Proqram Ege Universiteti Türk Dünyası Araşdırmalar Mərkəzi, UNEC Türk Dünyası İqtisad Fakültəsi, UNEC Ömürboyu Təhsil Mərkəzi və Ege Universiteti Davamlı Tədris Mərkəzinin birgə əməkdaşlığı ilə həyata keçirilir.

Layihənin məqsədi tələbələrə maliyyə və investisiya sahəsində nəzəri biliklər və praktiki bacarıqlar qazandırmaq, eyni zamanda onların beynəlxalq səviyyədə peşəkar inkişaf imkanlarını genişləndirməkdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay