A

Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov, “Biznes və logistika” kafedrasının dosenti Pikəxanım Xudiyeva və UNEC-ə 600-dən yuxarı bal toplayaraq qəbul olmuş tələbələr Hüseynəli Mehdiyev və Nəzrin Mustafayeva Kaspi Təhsil Mərkəzində abituriyentlərlə görüş keçiriblər.

Görüş zamanı abituriyentlərə UNEC-in təhsil imkanları, imtahan prosesi, xarici universitetlərlə ikili diplom proqramları, UDİD proqramı, xüsusi təqaüdlər, tələbələrin sosial həyatı, elektron kitabxana və s. barədə ətraflı məlumat veriblər.

Həmçinin abituriyentlərin marağına səbəb olan UNEC-in fəaliyyətini əks etdirən videoçarx da nümayiş etdirilib.

Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay