A

UNEC Zaqatala filialında görkəmli alim, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyi münasibətilə silsilə tədbirlər təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra akademik Yusif Məmmədəliyevin, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə UNEC Zaqatala filialının direktoru, i.f.d., dosent Raqif Qasımov açaraq akademik Yusif Məmmədəliyevin zəngin elmi irsi və ölkəmizin elmi inkişafına verdiyi töhfələrdən bəhs edib.

Sonra Tədris və elmi işlər üzrə direktor müavini, dosent Həqiqət Qədimova, Texniki və texnoloji bölmənin rəhbəri, dosent Səfər Razıyev, filialın müəllimi Rəna Əliyeva və tələbə rektoru Cavidan Həzizadə çıxış edərək akademikin Azərbaycan kimya elminin inkişafındakı müstəsna xidmətlərini vurğulayıblar.

Tədbir çərçivəsində akademik Yusif Məmmədəliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Silsilə tədbirlər çərçivəsində, həmçinin akademikin 120 illik yubileyinə həsr olunmuş “Şimal-Qərb regionunun inkişaf istiqamətləri: gənclərin baxışı və innovativ ideyalar” mövzusunda seminar keçirilib. Seminar zamanı ideyalarını təqdim edən 9 tələbədən 5-i təqdimatla çıxış edib və yekunda qalib müəyyənləşdirilib.

Seminarın qalibi Mühasibat uçotu ixtisası üzrə II kurs tələbəsi Sovqat Pənahov olub. Digər tələbələr isə fəal iştiraklarına görə sertifikatlarla təltif ediliblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay