A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fəal tələbələr Talassemiya Mərkəzində müalicə alan uşaqlarla görüşüblər.

Görüş zamanı Mərkəzin baş həkimi Səhər İsmayılova bildirmişdir ki, Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Talassemiya Mərkəzində xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi, Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi üçün görülən tədbirlər talassemiya xəstəliyinin profilaktikasında əhəmiyyətli rol oynayır.

Talassemiya Mərkəzi Azərbaycanda sümük iliyi transplantasiyasını icra edən yeganə Mərkəzdir ki, burada talassemiyalı xəstələrin radikal müalicə üsulu tədbiq edilir. Mərkəzdə 200-dən yuxarı xəstəyə ilik transplantasiyası icra olunur. Həmçinin “Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı” çərçivəsində artıq 2015-ci ildən etibarən yeni evlənənlərin müayinəsi başlanıb və bu öz növbəsində ölkədə həmin xəstəliyin sayının azalmasına gətirib çıxartmışdır. 2024-cü ildə talassemiya ilə doğulan xəstə uşaqların sayı əvvəlki illərə nisbətən ciddi dərəcədə azalmışdır.

Müalicə olunan uşaqlara baş çəkən “Maliyyə və mühasibat” fakültəsinin kollektivi talassemiyalı xəstələrin səhhəti ilə maraqlanıb və Heydər Əliyev Fondunun səhiyyə, xüsusilə uşaqların sağlamlığı ilə bağlı məsələlərə daim önəm verdiyini vurğulayıb.

TOP XƏBƏRLƏR