A

UNEC Dizayn Məktəbi və UNEC Psixoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən nigaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə UNEC Dizayn Məktəbinin katibi Aytən Ağayeva tələbələrə erkən nikahın özünün bir neçə problemi əks etdirməsi, erkən nikahlara səbəb olan amillər, erkən nikahların təhsildə yaratdığı boşluq, təhsili dayandırılmış qızların işləmək üçün lazım olan bilik bazası və bacarıqlarının olmamasına, erkən evliliyin tibbi, psixoloji,fizioloji, mənəvi və sosial-iqtisadi fəsadları haqda məlumat verib.

Sonra UNEC Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mərziyə Əzməmmədova erkən nigahın nə olduğu, baş vermə səbəbləri, törətdiyi fəsadlar, ailə ənənələrinin möhkəmləndirilməsi barədə ətraflı danışıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

TOP XƏBƏRLƏR