UNEC Psixoloji xidmət mərkəzi və Rəqəmsal İqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə“Gələcəyini Seç: Narkomaniyaya Yox De”mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Psixoloji xidmət mərkəzinin psixoloqu Mərziyə Əzməmmədova tələbələrə gənclər arasında narkotik vasitələrin zərərləri, risk faktorları və qoruyucu mexanizmlər barədə ətraflı məlumat verib. Təlim zamanı narkomaniyanın yaranma səbəbləri, asılılıq prosesinin psixoloji mexanizmləri, önləyici tədbirlər və psixoloji müdaxilə üsulları ətraflı şəkildə izah olunub.
Təlimin sonunda tələbələrin sualları cavablandırılıb.