A

Mayın 11-də “Gülüstan” sarayında “Olimpiada Bilik Forumu” baş tutub.

Forumun təşkilati komanda üzvləri arasında İnnovativ Gənclər Təşkilatının İdarə Heyəti də yer alıb.

Ümumilikdə 600 nəfərin iştirak etdiyi Forum çərçivəsində 7-29 yaş arası şagird, yeniyetmə və gənclər ingilis dili üzrə keçirilən olimpiadada biliklərini sınamaq imkanı əldə ediblər. Paralel olaraq, iştirakçılar tanınmış mentorların motivasiyaedici çıxışlarını dinləyib, şəxsi və peşəkar inkişafla bağlı dəyərli tövsiyələr əldə ediblər.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub, müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, “Olimpiada Bilik Forumu”nun əsas məqsədi gənclərin intellektual inkişafına dəstək göstərmək, xarici dil biliklərini təkmilləşdirmək və onların sosial fəallığını artırmaqdan ibarətdir.

TOP XƏBƏRLƏR