A

UNEC-in Rus İqtisad Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş intellektual yarış baş tutub.

Yarışda tələbələr bilik və məntiq bacarıqlarını nümayiş etdirərək, Ulu Öndərin həyat və fəaliyyətinə dair sualları cavablandırıblar.

Gərgin və maraqlı mübarizənin sonunda "Soprano klanı" komandası qalib gələrək birinci yerə layiq görülüb. Qalib komandaya Heydər Əliyevin 1993-2003-cü illərdəki siyasi fəaliyyətini əks etdirən dəyərli fotoalbom hədiyyə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay