Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzinin dəstəyi ilə Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün “Narkomaniyaya qarşı birgə olaq!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, ölkəmizdə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomaniyaya qarşı mübarizənin ümumdövlət və ümumxalq vəzifəsi kimi müəyyən edildiyini bildirib, aparılan islahatların narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini və kompleks mübarizəni zəruri etdiyini qeyd edib.
Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mərziyə Əzməmmədova çıxış edərək narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək dərəcədə fəsadlar vurduğunu bildirib, tələbələrə narkomaniyanın və psixotrop maddələrin fərdi, ailəvi və ictimai təsirləri, psixoloji asılılığın yaranma mərhələləri və bu problemin qarşısının alınması yolları barədə ətraflı məlumat verib, real həyat nümunələri əsasında narkotik vasitələrin psixoloji və fizioloji fəsadlarını izah edib.
Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.