UNEC Dizayn Məktəbinin I kurs tələbələri ilə görüşü keçirilib.
Görüşdə UNEC Dizayn məktəbinin direktoru dos.Lalə Məmmədova, “Dizayn” kafedrasının müdiri dos. Elfanə Qasımova, UNEC Dizayn Məktəbinin katibi, baş müəllim Aytən Ağayeva, UNEC Dizayn məktəbinin tyutoru Günay İbrahimova, Psixoloji xidmət mərkəzinin psixoloqu Küşvər Abdullayeva, professor-müəllim heyəti və tələbə təşkilatlarının sədrləri iştirak ediblər.
UNEC Dizayn məktəbinin direktoru dos.Lalə Məmmədova tələbələri UNEC-ə daxil olmaları münasibətilə təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb. Tələbələrə universitetin infrastrukturu, tədris prosesinin təşkili, tələbə təşkilatları və s. barədə ətraflı məlumat verib. Lalə Məmmədova UNEC Dizayn məktəbinə qəbul barədə də məlumat verərək bildirmişdir ki, UNEC Dizayn məktəbinə “Dizayn” ixtisası üzrə azərbaycan və rus bölməsinə ümumilikdə 167 tələbə qəbul olub ki, onlardan 11 nəfəri əcnəbi vətəndaşdır. Dizayn məktəbinə keçid balının ötən illə müqayisədə artdığını, ən yüksək nəticənin azərbaycan bölməsində 297 bal, rus bölməsində isə 263 bal olduğu tələbələrin diqqətinə çatdırılmışdır.
Kafedra müdiri dos. Elfanə Qasımova tələbələrə UNEC-də Dizayn ixtisasının incəlikləri, müasir dövrdə dizaynın rolu və əhəmiyyətindən, universitetdaxili və digər təşkil olunan sərgilər haqqında məlumat verib.
Sonra kafedranın baş müəllimi Əli Əliyev, tyutor Günay İbrahimova UNEC-dəki tədris mühiti haqqında, Psixoloji xidmət mərkəzinin psixoloqu Küşvər Abdullayeva isə Psixoloji xidmət mərkəzinin fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat veriblər.
Sonda tələbələrin sualları cavablandırılıb.