A

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin III kurs tələbəsi, “Kompüter elmləri” ixtisasında təhsil alan Aşurbəy Məmmədzadənin rəhbərlik etdiyi “VerseTech” komandası İstanbulda keçirilən dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı TEKNOFEST 2025-in finalında xüsusi nominasiyaya layiq görülüb.

Komanda “En İyi Komanda Ruhu” mükafatı ilə təltif olunub. 35 komanda arasında fərqlənən “VerseTech” yalnız innovativ ideyaları ilə deyil, həm də güclü komanda ruhu ilə seçilib.

Qeyd edək ki, builki festivalda 96 ölkədən və Türkiyənin bütün vilayətlərindən 1,1 milyondan çox iştirakçı və 565 mindən artıq komanda müraciət edib, onların yalnız 13 min komandası finala yüksəlib. UNEC tələbəsinin bu uğuru ölkəmiz üçün böyük qürur hesab olunur.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay