UNEC Dizayn məktəbində 27 Sentyabr - Anım Gününə həsr edilmiş seminar keçirilib.
Seminarı giriş sözü ilə açan UNEC Dizayn Məktəbinin Tələbə Elmi Cəmiyyətinin sədri Namazova Nərminə Vətən müharibəsinin bizim şanlı tariximiz, şəhidlər və qazilərin qürur mənbəyimiz olduğunu, müzəffər ordumuzun bu gün yazdığı tarixin sabahımız üçün möhkəm bünövrə olduğunu qeyd edib.
Sonra UNEC-in “Humanitar fənlər” kafedrasının dosenti Telman Niftəliyev və “Dizayn” kafedrasının baş müəllimi Cavadzadə Günay çıxışlarında 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində rəşadət göstərən əsgər və zabitlərimizin, bütövlükdə xalqımızın əzm, iradə və həmrəylik nümayiş etdirərək, düşməni sarsıtdığını bildiriblər.
Sonda tələbələrin mövzu ətrafında sualları cavablandırılıb.