A

UNEC Mühəndislik fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Gənc mühəndislər və yaşıl sənayeyə keçid” mövzusunda seminar təşkil edilib.

Tələbələrin elm və texnika sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdırmaq məqsədilə təşkil edilən seminarda UNEC tələbələri ilə yanaşı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Qərbi-Kaspi Universitetinin və Azərbaycan Dövlət Dənizçilik Akademiyasının tələbələri də iştirak ediblər.

Seminarda müxtəlif layihə və qrantların qalibləri, eləcə də ABŞ, İtaliya, Macarıstan, Avstraliya universitetlərində beynəlxalq mübadilə proqramlarında iştirak edən tələbələr öz təcrübələrini bölüşüblər.

Görüş zamanı tələbələr arasında ölkəmizdə elmin populyarlaşdırılması və startap imkanları ətrafında diskussiya aparılıb. 

TOP XƏBƏRLƏR