UNEC Biznes Məktəbində 27 sentyabr – Anım Gününə həsr olunan xüsusi dərs keçirilib.
Tədbir zamanı Vətən müharibəsində canlarını fəda etmiş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların göstərdiyi igidlik və qəhrəmanlıqlardan bəhs olunub.
Dərsdə tələbələrə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan mübarizənin tarixi əhəmiyyəti barədə məlumat verilib.