A

UNEC Dizayn Məktəbində professor-müəllim və tələbə heyətinin iştirakı ilə “Süni intellektin imkanları və dizaynda tətbiqi” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə açan UNEC Dizayn məktəbinin direktoru, dosent Lalə Məmmədova iştirakçılara süni intellektin inkişaf tarixi, əsas anlayışları  barədə ətraflı məlumat verib. O, süni intellekt texnologiyalarının müxtəlif sahələrdə, xüsusilə dizayn və yaradıcılıq prosesində tətbiq imkanlarını vurğulayıb.

Sonra fakültənin müəllimi Pərvin Namazova süni intellektin dizayn proqramlarında  (Adobe Illustrator, Photoshop) və digər alətlərdə avtomatlaşdırma, ideya generasiyası və məhsuldarlığın artırılmasındakı rolunu praktiki nümunələr əsasında nümayiş etdirib.

Seminar zamanı, həmçinin, süni intellektin etik istifadəsi, müəlliflik hüquqları və fərdi məlumatların qorunması prinsipləri müzakirə olunub.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb və süni intellektin dizayn sahəsində gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay