A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH Mərkəzində müəllim Aysel Quliyeva tərəfindən “Su ehtiyatlarının qorunması və səmərəli istifadə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə su ehtiyatlarının insan həyatı və ekosistem üçün əhəmiyyəti, onların qorunması yolları, eləcə də səmərəli istifadənin vacibliyi barədə tələbələrə ətraflı məlumat verilib.

Aysel Quliyeva çıxışında vurğulayıb ki, iqlim dəyişiklikləri və artan tələbat fonunda su ehtiyatlarının düzgün idarə olunması və qənaətli istifadəsi qlobal prioritetlərdən biridir. O, tələbələri gündəlik həyatlarında suya qənaət etməyə, ekoloji məsuliyyətli davranış nümayiş etdirməyə və təbii sərvətlərə qayğı ilə yanaşmağa çağırıb.

Sonda tələbələrin mövzu ətrafında sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay