Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes Məktəbində Azərbaycan Respublikasında 2025-ci ilin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq “Korrupsiyanın qarşısının alınmasında hüquqi islahatların rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Görüşün əsas məqsədi cəmiyyətin bütün sahələrində şəffaflığın artırılması, korrupsiya risklərinin azaldılması və bu istiqamətdə həyata keçirilən hüquqi islahatların əhəmiyyətinə diqqət çəkmək olub.
Çıxış edənlər korrupsiyaya qarşı mübarizədə qanunvericiliyin təkmilləşdirilməsi, elektron idarəetmənin genişləndirilməsi, dövlət xidmətlərində şəffaf mexanizmlərin tətbiqi və ictimai nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin, tədbir iştirakçılarına “Milli Fəaliyyət Planı”nın əsas istiqamətləri, vətəndaş cəmiyyəti institutlarının rolu və gənclərin bu prosesə fəal qoşulması barədə məlumat verilib.
Sonda UNEC-in bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
MBA-da “Korrupsiyanın qarşısının alınmasında hüquqi islahatların rolu” mövzusunda tədbir keçirilib