A

UNEC Dizayn Məktəbində “Erkən nikah və fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən UNEC Dizayn Məktəbinin müəllimi Günay Kərimova erkən nikahın cəmiyyət üçün mənfi sosial və psixoloji nəticələr doğurduğunu vurğulayıb. O, bildirib ki, ölkə qanunvericiliyinə əsasən, 18 yaşını tamamlamayan hər bir şəxs uşaq sayılır və bu yaşa çatmamış şəxslərin evliliyi qanun pozuntusu hesab olunur. Günay Kərimova erkən evliliklərin həm gənclərin təhsildən uzaqlaşmasına, həm də gələcək həyatlarında ciddi sosial və sağlamlıq problemləri ilə üzləşmələrinə səbəb olduğunu qeyd edib.

Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay