A

UNEC Dizayn Məktəbində 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib.

Tədbir giriş sözü ilə UNEC Dizayn Məktəbinin Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri, müəllim Nərminə Namazova açaraq, 17 noyabr tarixinin Azərbaycan xalqının azadlıq və istiqlaliyyət mübarizəsində mühüm mərhələ olduğunu vurğulayıb. O, həmçinin Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyimizin formalaşması və dirçəlişi istiqamətində atdığı tarixi addımlar haqqında geniş məlumat verib.

Sonra UNEC Dizayn Məktəbinin müəllimi Lalə Qafarova çıxış edərək, 17 Noyabr – Milli Dirçəliş Gününün xalqımızın azadlıq mübarizəsində oynadığı rol, müstəqilliyimizin bərpasına verdiyi töhfələr barədə danışıb. O, həmçinin Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay