A

Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC məzunu, Vətən müharibəsi şəhidi Ülvi Hacıyevin şəhadətinin 5-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

Anım tədbirində şəhidin ailə üzvləri ilə yanaşı, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev, UNEC Biznes Məktəbinin əməkdaşları və THİK-in fəal üzvləri iştirak ediblər.

Mərasim zamanı Ülvi Hacıyevin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb və onun əziz xatirəsi ehtiramla yad edilib.

UNEC kollektivi Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimizin müqəddəs xatirəsini dərin hörmət və minnətdarlıqla anır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay