UNEC İnnovativ Gənclər Təşkilatının təşkilatçılığı ilə Beynəlxalq Mühəndislər Gününə həsr olunmuş Mühəndislər Forumu keçirilib. Forum çərçivəsində tələbələr və mütəxəssislər arasında mühəndislik sahəsində karyera imkanları, peşəkar inkişaf və əmək bazarının tələbləri ilə bağlı geniş və interaktiv müzakirələr aparıldı.
Panel qonaqları mühəndis Övsət Həmidov, HR mütəxəssisi Könül Paşayeva və psixoloq, karyera məsləhətçisi Sevinc Burzuyeva öz peşəkar təcrübələrini iştirakçılarla bölüşərək tələbələrin suallarını cavablandırdılar və real iş bazarı ilə bağlı dəyərli tövsiyələr təqdim etdilər.
Forumun əsas məqsədi tələbələrin əmək bazarına hazırlığını gücləndirmək, onların düzgün karyera istiqaməti seçməsinə dəstək olmaq və liderlik bacarıqlarının inkişafına töhfə vermək idi.