A

UNEC-in Psixoloji xidmət mərkəzi tərəfindən fakültə tyutorları üçün “Tələbələrdə intihar riskinin müəyyən edilməsi və ilkin müdaxilə” mövzusunda onlayn təlim keçirilib.

Təlimin məqsədi tyutorların tələbələr arasında psixoloji risk faktorlarını vaxtında aşkarlamaq, təhlükə siqnallarını düzgün qiymətləndirmək və ilkin dəstək göstərmək bacarıqlarını inkişaf etdirmək olub.

Təlim zamanı intihar davranışına təsir edən əsas psixoloji, sosial və emosional faktorlar – xüsusilə depressiya, ümidsizlik, sosial təcrid, akademik stress və travmatik hadisələr barədə məlumat verilib. Eyni zamanda, tyutorların tələbələrlə düzgün ünsiyyət qurması, empatik dinləmə və dəstəkverici yanaşma prinsipləri izah olunub.

İştirakçılara risk qrupunda olan tələbələrlə necə danışmaq, hansı sualları vermək və nə zaman mütəxəssisə yönləndirməyin vacib olduğu praktik nümunələrlə təqdim edilib.

Sonda suallar cavablandırılıb və çətin situasiyalarla bağlı tövsiyələr verilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay