A

UNEC-in qiyabi təhsilində ilk dəfə olaraq Tələbə Gənclər Təşkilatının (TGT) özəyi yaradılıb.

Bu məqsədlə UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzində (DQƏTM) qiyabi əsaslarla təhsil alan tələbələrin TGT nümayəndələri ilə görüş keçirilib.

DQƏTM-in direktoru Səbuhi Tanrıverdiyev qiyabi təhsildə ilk dəfə olaraq TGT-nin yaradılmasının əhəmiyyətindən danışıb. O, qiyabi təhsil alan tələbələrin ictimai fəallığını artırmaq, fakültələr arasında sıx əlaqələr yaratmaq, o cümlədən onların intellektual inkişaflarını təmin etmək və asudə vaxtlarının səmərəli təşkili baxımından TGT-nin fəaliyyətinin vacibliyini vurğulayıb.

UNEC TGT-nin sədri Rəsul Həşimov təşkilatın sıralarına qiyabi təhsil alan tələbələrin qoşulmasını əlamətdar hadisə adlandırıb. R.Həşimov onların TGT-nin fəaliyyətində aktiv təmsil olunacaqlarına əminliyini ifadə edib.

Toplantıda DQƏTM TGT-in strukturu və tədbirlər planı müəyyənləşdirilib. III kurs tələbəsi Albina Qarayeva açıq səsvermə yolu ilə Tələbə Gənclər Təşkilatı özəyinin ilk sədri seçilib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay