A

UNEC-in Tələbə Gənclər Təşkilatının (TGT) VIII hesabat-seçki konfransı keçirilib.

Konfransda UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova tələbə özünüidarə orqanının fəaliyyətinin əhəmiyyətindən bəhs edərək, Azərbaycanda gənclərə və təhsilə göstərilən dövlət qayğısından söz açıb. UNEC TGT-nin fəaliyyətini yüksək qiymətləndirən prorektor təşkilatın son illərdə qazandığı nailiyyətlərə diqqət çəkib, 2017-ci ildə respublika üzrə Tələbə Gənclər Təşkilatları arasında UNEC TGT-nin I yerə layiq görüldüyünü xüsusi vurğulayıb.

Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının sədrinin müşaviri Hüseyn Babayev UNEC TGT-nin fəaliyyətini müsbət nümunə adlandıraraq, təşkilatın digər universitetlərdən öndə olduğunu qeyd edib. N.Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov UNEC TGT ilə birgə həyata keçirilən tədbirlərdən söz açıb.

TGT sədri Rəsul Həşimov fəaliyyəti dövründə görülən işlərin yekun hesabatı ilə çıxış edib. TGT-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. R.Həşimovun fəaliyyəti uğurlu hesab olunub.

İl ərzində xüsusilə fərqlənən fakültə, layihə və TGT-çi seçilib. İlin fakultəsi nominasiyasına Maliyyə və mühasibat fakultəsi, ilin layihəsi nominasiyasına “Torpaq uğrunda ölən varsa, Vətəndir!” layihəsi ilə Biznes və Menecment fakultəsi, ilin TGT-çisi nominasiyasına isə Gəray Zeynallı layiq görülüb.

TGT sədrliyinə namizədlər Gəray Zeynallı, Tural Vəlizadə və İsa Adıgözəlovun platformaları dinlənildikdən sonra seçkilər keçirilib. İqtisadiyyat fakültəsinin II kurs tələbəsi İsa Adıgözəlov UNEC TGT-nin yeni sədri seçilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay