A

UNEC News saytı fəaliyyət müddəti başa çatan tələbə təşkilatları rəhbərlərinin fəaliyyəti barədə məlumatları təqdim edir.

UNEC-in Tələbə Gənclər Təşkilatının sabiq sədri Rəsul Həşimovun fəaliyyəti dövründə qurumda aşağıdakı nailiyyətlər əldə edilib:

  1. UNEC TGT Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən 2017-ci ilin “İlin Tələbə Gənclər Təşkilatı” nominasiyasına layiq görülüb.
  2. Gənclərin Bilik Olimpiadasında I yerin sahibi olub.
  3. Bakı Gənclər Debat Forumunun “YAZ” kubokunun qalibi olub.
  4. Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Gənc Dizaynerlər Akademiyası”, “Gənc Dizaynerlərin Komunikasiya Həftəsi”, “Mobiloqrafiya”, “Gənclərin Biznes Məktəbi” və “İlmələrin Sehri” adlı layihələr reallaşdırılıb.
  5. “Sağlam Həyat Tərzi”, “Beynəlxalq Tələbə Günü”, “Bayraq Günü” və digər əlamətdar günlərlə bağlı xüsusi tədbirlər təşkil edilib.
  6. UNEC-in tələbələri üçün hər həftə sonu “Conversation club” və debatlar keçirilib.
  7. İntelektual oyunların keçirilməsinə xüsusi diqqət ayrılıb – fakültələr arası “Yığım oyunu”, “Xəmsə”, “Bilik olimpiadası” və “Nə? Harda? Nə zaman?” yarışları təşkil edilib.
  8. Təşkilat yerli və beynəlxalq konfranslarda, gənclər festivallarında, “Soçi – 2017” Gənclər və İdman festivalında, Gürcüstanda keçirilən “Ölkəni Tanıt” adlı beynəlxalq tədbirdə təmsil olunub.
  9. Tələbələr üçün “İqtisadiyyat və yaşam”, IELTS, “Biznesi necə qurmalı”, “Marketoloqlarla səmimi söhbət”, “Bədən dili” kimi faydalı təlimlər keçirilib.
  10. Fəal tələbələrin asudə vaxtının səmərəli keçirilməsi üçün “TGT CUP” futbol çempionatı, Badminton və Tenis yarışları təşkil olunub.

Rəsul Həşimovun rəhbərliyi dövründə TGT-də ümumilikdə 130-dan çox tədbir təşkil edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay