UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən Debat Klubunun XXIX Daxili Debat Forumu başa çatmışdır.
Tədbirdə 44 komanda iştirak etmişdir. Azərbaycan bölməsi üzrə 29, rus bölməsi üzrə isə 15 komandanın iştirak etdiyi forumda klubumuz yeni debatçılar qazanıb.
XXIX Daxili Debat Forumunun finalında azərbaycan bölməsi üzrə təsdiqdə "İriçapsız" ( Elvin Qurbanov, Emil Quliyev, İsa Sofiyev), inkarda "Alpha" (Əhliman Süleymanlı, Mirnağı Cəlilov, Elgün Məmmədov), rus bölməsi üzrə isə təsdiqdə "Debat evimiz Nicat babamız" ( Malya Abilova, Sevinc Abbasova, Sona Mehdiyeva ), inkarda "Kamikadze" ( Aysel Xəlilova, Fidan Abbaszadə, Elnur Babazadə ) qarşılaşdı.
Beləliklə XXVII Daxili Debat Forumunun qalibi azərbaycan bölməsi üzrə "ALPHA", rus bölməsi üzrə isə "KAMİKADZE" oldu.
Forumun azərbaycan bölməsi üzrə "ən yaxşı hakim" adına Nigar Vahabzadə, rus bölməsi üzrə Firəngiz Hüseynova layiq görüldü.
Forumun azərbaycan bölməsi üzrə ən yaxşı natiqlər: Cahan Kərimli, Elgün Məmmədov, Allahverdi Həsənov, Fəxri Nağıyev, Murad Əsgərzadə, Nazpəri Qasımzadə, Səbinə Əlizadə, Nəzrin Umud, Elnur Əliyev, Elnarə Babayeva, Nigar Həmidova, Əhliman Süleymanlı, Nihat Muradlı, Hikmət Məmmədli və Məhyəddin Soltanlı seçildilər.
Forumun rus bölməsi üzrə ən yaxşı natiqlər adına: Faik Hüseynov, Ümid Oruclu və Elnur Babazadə layiq görüldü.