A

UNEC-in Texnologiya və dizayn fakültəsinin “Dizayn” kafedrasının Elmi dərnəyi və “Azerbaijan Digital Art School”un (ADAS) birgə təşkilatcılığı ilə “Dizaynın müasir problemləri və perspektivləri” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə “Dizayn” ixtisasında təhsil alan tələbələr, kafedranın professor-müəllim heyəti və dərnək üzvləri iştirak ediblər.

Tədbiri “Texnologiya və dizayn” fakültəsinin dekanı, professor Vəkil Hüseynov giriş sözü ilə açıq elan etmişdir. “Dizayn” kafedrasının müdiri Lalə Məmmədova görüşün mahiyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Tədbir zamanı qeyd edilmişdir ki, ADAS-ın əsas məqsədi ölkəmizdə dizayn və proqramlaşdırma sahələrini inkişaf etdirməkdir. “Nadir biliklər, fərqli yanaşma, real təcrübə, yüksək nəticə” şüarı altında fəaliyyət göstərən məktəbdə tələbələr “Web Dizayn” proqramlarının incəliklərinə yiyələnirlər.

“Texnologiya və dizayn” fakültəsinin TEC rəhbəri, dosent Elfanə Qasımova ADAS məktəbində keçirilən kursların “Dizayn” ixtisasında təhsil alan tələbələrin gələcək fəaliyyətlərinə və praktiki vərdişlərə yiyələnmələrinə müsbət təsir edə biləcəyinə qeyd etdi.

Tədbir zamanı bu tip görüşlərin gələcəkdə də keçirilməsi təklifi irəli sürüldü.

TOP XƏBƏRLƏR