A

UNEC-in Zaqatala filialının tələbə-müəllim heyəti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksində olmuşlar. Səfər çərçivəsində kompleksdə tələbə-müəllim heyəti ilə kompleksin şagirdləri arasında maraqlı görüş keçirilmişdir.

Tədbirdə kompleksin icraçı direktoru Bəhruz Mehdiyev çıxış edərək, təhsil müəssisəsi haqqında məlumat vermişdir. Qeyd edilib ki, kompleksin məzunları arasında 3 nəfər Prezident təqaüdünə layiq görülmüşdür. Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərən kompleksin qəbul göstəricisi isə yüz faiz təşkil edir.

Görüş çərçivəsində UNEC-in Zaqatala filialının tələbə-müəllim heyəti ilə kompleks şagirdləri arasında maraqlı müzakirələr keçirilmişdir.

Tədbirdə Zaqatala filialının İqtisadiyyat fakültəsinin dekanı, dosent Həqiqət Qədimava çıxış edərək UNEC-də təhsilin üstünlükləri barədə məlumat vermişdir. H.Qədimava çıxışında, eyni zamanda, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun keçdiyi şərəfli yolun vətənimizin hər bir gənci üçün nümunə olduğunu bildirmişdir.

Səfər çərçivəsində filialın tələbə-müəllim heyəti Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovin ailəsinə baş çəkmiş və ev-muzeyini ziyarət etmişlər. Milli Qəhrəmanın atası Ağakərim müəllim filialın tələbələrinə oğlu haqqında və onun keçdiyi şərəfli həyat yolu barədə danışmışdır. Qəhrəmanın valideynlərinə yazdığı son məktubu dinləyərkən tələbələr xüsusi anlar yaşadılar. Ağakərim müəllim tələbələrə vətənpərvər olmağın vacibliyini, lazım gələrsə vətən uğrunda canlarından belə keçməyə hazır olmalarını tövsiyə etdi.

Filialın müəllim və tələbələri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim müəllimlə xatirə şəkli çəkdirmiş və ona öz təşəkkürlərini bildirmişlər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay