UNEC-in Zaqatala filialında Zaqatala Rayon Prokurorluğunun baş ədliyyə müşaviri Əli Abdullayevin iştirakı ilə tədbir keçirilmişdir.
Toplantıda məruzəçi "Antikorrupsiya idarəetmə standartları - korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması" mövzusunda filialın professor-müəllim və tələbə heyəti qarşısında çıxış etmişdir.
Məqsəd korrupsiyaya qarşı mübarizə barədə ictimaiyyətin məlumatlandırılması olan tədbir böyük maraqla qarşılanmışdır.