×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Kataloqu silmək alnmadı. Yol: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC-in Biznes və menecment fakültəsinin professor-müəllim heyəti və tələbələri İnnoland-inkubasiya və akselerasiya mərkəzində olublar.

Fakültə dekanı, dosent Mirağa Əhmədov mərkəzin rəhbərliyi və əməkdaşlarına UNEC-də fəaliyyət göstərən İnnovativ Biznes İnkubator barədə məlumat verib. UNEC-lə İnnoland-inkubasiya və akselerasiya mərkəzi arasındakı əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətli olacağını bildirərək, tədqiqatçı tələbələrin startap layihələrinin mərkəzdə reallaşdırılması imkanları barədə fikir mübadiləsi aparıb.

Next STEP-innovasiya mərkəzinin direktoru Rəşad Eyvazov mərkəz haqqında və eləcədə “Next Sale-digital marketing platforması”, “Finmarket.az – skorinq sistemi”, “İrs Cizği- animasiya startapı”, “Tech academy-proqramlaşdırma düşərgəsi”, “Vriendly - VR təhsil sistemi” startapları barədə məlumat verib. R.Eyvazov mərkəz tərəfindən Tech academy-proqramlaşdırma düşərgəsi layihə çərçivəsində UNEC tələbələrinə süni intellekt proqramlaşdırılması ilə bağlı mühazirə oxumağı və eləcə də “Vriendly-VR təhsil sistemi” startapının pilot layihə kimi UNEC-də tətbiq olunmasını təklif edib.

Görüş müzakirələrlə davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR