A

UNEC Tələbə Elmi Cəmiyyətinin təşkilatcılığı ilə Dərs Evi mərkəzinin rəqəmsal marketinq üzrə meneceri, “Yes I Can” bloqunun müəllifi İnara Mirzanın təqdimatı ilə “Onlayn satış və ilk müştərilər” adlı təlim keçirilmişdir.

Təlim zamanı dünyamızın analoq texnologiyasından rəqəmsal texnologiyaya doğru sürətlə dəyişməsi, “customer care”, biznes planın hazırlanması və s. kimi mövzulara toxunuldu. Daha sonra tələbələrin sualları cavablandırıldı.

Layihə rəhbəri Mina Ələsgərova bu tip təlimlərin keçirilməsinin vacibliyini vurğuladı.

Sonda ən aktiv iştirak edən 5 tələbə sertifikatla təltif olundu.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay