A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən Debat Klubunun təşkilatçılığı ilə Açıq “Mix” Debat Forumu keçirilib.

Ümumilikdə 30 komandanın iştirak etdiyi forum müxtəlif debat klubların hazırki və məzun debatçılarını bir araya gətirərək unudulmaz və maraqlı anlar yaşatdı. 
Azərbaycan bölməsi üzrə final mərhələsində "Erika" (Dia) və "Dərəbəylik" (BDU, UNEC), Rus bölməsi üzrə isə "Последний Легион" (UNEC) və "Всадники Апокалипсиса" (BDU) komandaları qarşılaşdı.

Beləliklə, final oyununun nəticələrinə əsasən Forumun qalibi Azərbaycan bölməsi üzrə "Dərəbəylik", Rus bölməsi üzrə isə "Последний Легион" oldu.

Yarışın qaliblərinə kubok, medallar təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay