A

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, yollarda təhlükəsizlik mühitinin yaradılması məqsədilə UNEC-də maarifləndirici tədbir keçirilib.

Maliyyə və mühasibat fakültəsinin təşkil etdiyi tədbirdə professor-müəllim heyəti və tələbələrlə yanaşı, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov və avtosfer.az saytının təsisçisi Elməddin Muradlı iştirak edib.

Tədbirdə fakültə dekanı, dosent Gəray Musayev yol-nəqliyyat təhlükəsizliyinin təmin olunmasında profilaktiki tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyətindən danışıb. Yol qəzalarında insanların xəsarət alması ilə mübarizə aparmaq üçün bu cür tədbirlərin keçirilməsinin önəmini vurğulayıb.

Polis polkovniki Vaqif Əsədov tələbələrə yol təhlükəsizliyi qaydaları ilə bağlı ətraflı məlumat verərək, onlara bu istiqamətdə daha məsuliyyətli olmağı tövsiyə edib. Elməddin Muradlı isə ictimai nəqliyyatdan istifadə edən tədbir iştirakçılarına vətəndaş öhdəlikləri və hüquqlarını bilməyə, onların həmin proseslərdə fəal olmağa səsləyib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay