A

UNEC SABAH Mərkəzi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə V “Vyana balı” keçirib.

"Boulevard" otelində təşkil olunan "Vyana balı"nda tələbələrlə birlikdə UNEC-in rektoru, professor Ədalət Muradov, dünya şöhrətli riyaziyyatçı-alim, professor Məsud Əfəndiyev, SABAH-ın məzunları və müəllimləri də iştirak edib.

Tələbələrin möhtəşəm bal rəqsindən sonra UNEC SABAH mərkəzinin rəhbəri, dosent Aida Quliyevanın onlarla birlikdə "Ey həyat, sən nə qəribəsən" müsiqi ifa etməsi xüsusi maraqla qarşılanıb.

Ənənəvi olaraq hər ilin sonunda keçirilən tədbirin məqsədi dünya mədəniyyəti, rəqs və musiqilərini SABAH tələbələrinin ifasında təqdim etməkdir.  “Vyana balı” SABAH tələbələrinin imtahanqabağı motivasiyasında da mühüm rol oynayır.

Tədbirin təşkilatçısı SABAH Mərkəzinin rəhbəri, dosent Aida Quliyeva və  mərkəzin tələbəsi Vilayət Müslümzadə, rəqslərin quruluşu isə SABAH-ın məzunu Cavid Hacıyevindir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay