A

UNEC-in Zaqatala filialı üzrə tələbə təşkilatlarının sədrləri ilə görüş keçirilib.

Tələbə rektor Elmir Sadıqovun iştirak etdiyi görüşdə ilk öncə İqtisadçı Vətənpərvərlər Mərkəzinin filial üzrə yeni təyin edilmiş sədri Əli Əhmədzadə tələbə təşkilatlarının sədrlərinə təqdim edilib. Tanışlıqdan sonra E.Sadıqov Zaqatala filialının tələbə təşkilatlarının rəhbərlərini UNEC tələbə təşkilatlarının sədrlərinə təqdim edib. 

Görüşdə Zaqatala filialında qış imtahan sessiyasına hazırlıq səviyyəsi xüsusi müzakirə edilib. 

Zaqatala filialı üzrə TEC sədri Fərid Məmmədquluzadə, THİK sədri Mirhəsən Dadaşov, İVT sədri Əli Əhmədzadə maraqlı təkliflərlə çıxış ediblər. Görüşün sonunda, təşkilat rəhbərləri UNEC-in əsas korpusu və xüsusilə yeni fəaliyyətə başlayan 24/7 Kitabxananın barədə məlumatlandırıblar.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay