A

UNEC-in İqtisadiyyat fakültəsi mentorluğu tərəfindən “Bir tələbənin həyatı” adlı yeni layihəyə start verilmişdir.

Fakültənin ekologiya  ixtisası üzrə mentoru, “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının müəllimi Firuzə Cəfərovanın və 148, 148.1 saylı qrup tələbələrinin təşəbbüsü ilə ilk dəfə reallaşdırılan sosial layihədə bir universitet tələbəsinin təhsil aldığı müddətdə ən maraqlı hekayələrindən, tələbə həyatından bəhs edən video çarx təqdim olunmuşdur.

Video çarxda tələbələrin 4 illik universitet həyatı, imtahanlara hazırlıqlar, tələbə-müəllim münasibətləri, universitet-tələbə münasibətləri, əyləncəli, yaddaqalan hadisələr, onlara dərs deyən müəllimlərlə bağlı tələbələrin xoş xatirələri haqqında paylaşımlar yer almışdır.

Layihənin həyata keçirilməsində əsas məqsəd hər il universiteti bitirən yüzlərlə məzun tələbələr və universitet arasında daimi körpü yaratmaqdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay